Ermənistanı türk xilas edəcək

14 May, 2018 09:55 | İqtisadiyyat | Baxış sayı: 494
Daron Acemoğlu
Daron Acemoğlu

Paşinyan dünyanın ən güclü 10 iqtisadçısından biri olan Acemoğlundan kömək istədi

Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan ölkəni içində olduğu böhrandan çıxarmaq üçün türkiyəli iqtisadçıdan kömək istəyib. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, türk iqtisadçı Daron Acemoğlu İrəvana dəvət edilib. Paşinyan Acemoğludan ölkə iqtisadiyyatının yenidən təşkili işlə bağlı kömək istəyib. 

Paşiyan "Facebook" səhifəsində Acemoğlunun köməyə hazır olduğunu söyləyib. "Dünyaca məşhur iqtisadçı Daron Acemoğlu ile görüşdüm. O, Ermənistan iqtisadiyyatıın inkişafına kömək etməyə hazır olduğunu dedi. İqtisadçı Ermənistana səfər edəcək, dəqiq tarix yaxın günlərdə bilinəcək". 

Xatırladaq ki, dünyanın ən çox istinad etdiyi 10 iqtisadçıdan biri olan Acemoğlu  (əslən erməni olsa da, Türkiyədə doğulub, böyüyüb) ABŞ-ın "Massachusetts Institute of Technology"də (MIT) iqtisadiyyat üzrə professordur.