Bu da Azərbaycanın hazırladığı maşın - qiyməti və .... FOTOLAR

14 Aprel, 2018 12:15 | İqtisadiyyat | Baxış sayı: 5841
"Khazar"
"Khazar"

"Bu qiymətə belə maşın yoxdur"

Azərbaycan və İranın birlikdə istehsal edəcəyi “Khazar” avtomobillərinin satış qiyməti açıqlanıb. İstiPress-in məlumatına görə, bu maşınlar 14-16 min manata təklif olunur və daha geniş komplektasiyaya malikdir. “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov avtomobillərin üstünlüklərindən danışıb. 

"Bu avtomobillər AVRO 5 standartlarına uyğun mühərriklə təchiz olunub, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Bundan başqa, avtomobil şüşə lyük, ABS, multi sükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi, LED fənərlər, arxa görüntü kamera, park-radar və digər opsiyalarla təchiz olunub. Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur".

“Khazar” avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları, avadanlıq və mexanizmləri əsasında “Runna”, “Samand”, “Soren”, “Dena” markalı avtomobillər yığılır. Bu modelləri hələlik iki komplektasiyada yığılır. Mexaniki ötürücülü bu avtomobillər sadə və lüks seriyalıdır. İlin sonunda isə avtomat ötürücülü modellərin yığılması planlaşdırılır. Bu avtomobillərin mühərrik gücü 1,7 l-dir. Yaxın gələcəkdə zavodda "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modellərinin istehsalı da həyata keçiriləcək.

Onun sözlərinə görə, zavodda “Made in Azerbaijan” brendi ilə ildə 10 min avtomobil yığmaq mümkündür. Planda MDB, Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxmaq daxildir. Artıq ilk sifariş də götürülüb. İqtisadiyyat Nazirliyi zavoda 10 ədəd avtomobil sifariş verib.

Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodunun fəaliyyətə başlayıb. Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur.