Neft həftəsonu sevindirdi

14 Mart, 2020 12:35 | İqtisadiyyat | Baxış sayı: 529
Neft
Neft

Qiymətdə cüzi də olsa artım müşahidə olunur

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 33,85 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 31,73 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 33,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb