Türkiyədə ev alan azərbaycanlıların sayı

14 Fevral, 2020 13:35 | İqtisadiyyat | Baxış sayı: 77
Binalar
Binalar

Evlər ən çox İstanbul, Ankara və İzmirdən allınıb

Türkiyədən ən çox daşınmaz əmlak alan ölkələrin adları açıqlanıb. Evlərin böyük əksəriyyəti İstanbulun payına düşür. Növbəti yerlərdə isə paytaxt Ankara, İzmir qərarlaşıb.

Ümumiyyətlə əcnəbilərə satılan evlərin sayı bir ildə 23,3 faiz artıb. Bu ilin ilk ayında 1875 əmlak satılıb.

Məlumata görə, Azərbaycan vətəndaşları Türkiyədən 99 əmlak alıblar. Siyahıda Azərbaycanı 82 evlə Livan izləyir.

Ölkədə əmlak liderləri isə İraq (739), İran (678), Əfqanıstan (204), Yəmən (142), Almaniya (133), Fələstin və İordaniya (110) vətəndaşlarıdır.

Növbəti sıralarda isə İsveçrə, Ukrayna, Türkmənistan, Çinin də adları var.