Bakıda 4 milyona villa satılır

14 Fevral, 2020 10:26 | İqtisadiyyat | Baxış sayı: 165
Villa
Villa

Bakıda ən bahalı mənzilləri haradadır?

Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub. İstiPress-in məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və “Leninqrad” layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.