"Azərbaycan Cənubi Qafqazda əhalisi artan yeganə ölkədir"

14 Fevral, 2020 08:40 | İqtisadiyyat | Baxış sayı: 47
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident işsiz adamın qalmasını istəmir

"Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilib və onlar təqribən 6-7 milyon əhaliyə hesablanıb". Bunu Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında könüllülərlə görüşündə prezident İlham Əliyev deyib. 

Prezident işsiz adamın qalmasını istəmədiyini deyib. "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. 

Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik. Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir".