Noyabrdan bu yana bir ilk

14 Fevral, 2019 12:00 | İqtisadiyyat | Baxış sayı: 59
Neft
Neft

Neftin qiyməti üç ayda ilk dəfə 64 dolları keçdi

Neftin qiyməti son bir neçə ayda ilk dəfə rekord vurub. Belə ki, "qara qızıl"ın qiyməti 64 dollara kimibahalaşıb. Bu noyabrdan bu yana qeydə alınan ən yüksək həddir. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 64,15 dollara satılır. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 54,28 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşma olub. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar artaraq 65,85 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.