Türkiyəyə axan Azərbaycan milyonları

14 Fevral, 2018 11:55 | İqtisadiyyat | Baxış sayı: 185
Türkiyənin milli valyutası
Türkiyənin milli valyutası

Türkiyədə ən çox sərmayə qoyan dövlətlərin adı açıqlandı

Türkiyədə şirkət quran azərbaycanlıların sayı artıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 6 ayda ölkədə 3213 əcnəbi şirkət fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyi Türkiyədəki əcnəbi şirkətlərin siyahısını yeniləyib.

Son məlumatlara görə, Suriyada başlayan savaşdan sonra bu ölkədən qaçaraq Türkiyədə iş quranların sayı ötən illərdə artıb. Amma son 6 ayda bu tempdə azalma müşahidə olunub. Liderlik Almaniyadadır - 428 şirkət.

Son zamanlar artım göstərənlər arasında Azərbaycan sərmayəsi də var. Ölkəmizin adı 7-ci pillədədir. 2017-ci ilin ikinci yarımilində Azərbaycan sərmayəli 136 şirkət qurulub. Azərbaycandan başqa türk dövlətlərindən Qazaxıstan və Türkmənistan da Türkiyəyə sərmayə yatırmağa maraqlı olub. Adıçəkilən ölkələrin pulu ilə burada 31 və 25 şirkət fəaliyyətə başlayıb. 

Ərəb ölkələrindən ən yüksək göstərici Səudiyyə Ərəbistanına məxsusdur - 54. 

Əcnəbi sərmayəçilərin ən çox maraq göstərdiyi sahə də açıqlanıb - bu ticarətdir. Ölkəyə gələn 3213 şirkətin 789-u topdan, 363-ü pərakəndə ticarətlə məşğuldur. İkinci yerdə inşaat sektorudur-  312 şirkət. İlk üçlüyü turizm, səyahət sahəsi tutur.