Məşhur bankın regional direktoru dəyişir

14 Yanvar, 2019 16:15 | İqtisadiyyat | Baxış sayı: 67
Avropa Yenidənqurma və İnkişaf Bankının London ofisi
Avropa Yenidənqurma və İnkişaf Bankının London ofisi

Yeni direktor aprelin 1-dən işə başlayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru dəyişir. 

İstiPress-in məlumatına görə, indiyə qədər bu vəzifəni tutan Bruno Balvaneranı aprelin 1-dən Katarina Byorlin Hansen əvəz edəcək. 

B.Balvanera isə EBRD-nin Mərkəzi Asiya ölkələri üzrə regional direktoru təyin olunub. 

K.B.Hansen Cənubi Qafqaza regional direktor təyin edilməsindən məmnun olduğunu bildirib: “Qafqaz olduqca strateji regiondur. Bölgənin gələcək inkişafı üçün böyük potensialı var. EBRD bundan sonra da investisiyalar və islahatlar vasitəsilə burada inkişaf prosesini dəstəkləyəcək”.