Samur çayının üstündəki körpü prezidentin ad günündə açılacaq

13 Dekabr, 2019 10:14 | İqtisadiyyat | Baxış sayı: 63
Samur çayı üzərindəki körpü
Samur çayı üzərindəki körpü

Azərbaycan-Rusiya sərhədindəki körpünün açılış tarixi bilinib

Azərbaycan-Rusiya sərhədində Samur çayının üzərində körpünün açılış tarıxi məlum olub. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. Onun sözlərinə görə, Samur çayı üzərində körpünün açılışı dekabrın 24-də baş tutacaq.

"24 dekabrda planlaşdırılan möhtəşəm açılış təkcə bir hadisə deyil: körpü ticarət dövriyyəsinin intensivləşməsinə xidmət edəcək. Məlumdur ki, ticarət dövriyyəmiz artır və nəticədə yük daşınması artır. Orada ayrıca avtomobillər və avtobuslar üçün gömrükdən keçməkdən ötrü daha rahat şərait yaradılacaq”.

P.Bülbüloğlu körpünün açılış mərasimində Rusiya tərəfindən İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirak edəcəyini, Azərbaycan tərəfinin də yüksək səviyyədə təmsil olunacağını söyləyib.

Qeyd edək ki, Samur çayı üzərində körpünün tikilməsi haqqında layihə 2013-cü ilin avqustunda Azərbaycan və Rusiya hökumətləri arasında imzalanıb. Yeni körpü indiyə kimi mövcud olan, 1957-ci ildə tikilən körpünü əvəz edəcək. Yeni körpünün uzunluğu 325,3 metr, eni isə 17,5 metrdir.