İlin əvvəli pensiyalar nə qədər artacaq?

13 Noyabr, 2019 12:33 | İqtisadiyyat | Baxış sayı: 565
Pensiya
Pensiya

Nazirliyin rəsmisindən hər kəsin gözlədiyi açıqlama

Hazırda pensiyanın minimum məbləğinin artırılması üçün hesablama işləri aparılır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesablama işlərinin nəticəsindən asılı olaraq, artımla bağlı müəyyən qərar qəbul ediləcək: "Bundan başqa, hər ilin əvvəlində ölkə başçısının tapşırığına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilir. Nəzərdə tutulub ki, gələn ilin əvvəlində 200 manat pensiya alacaq şəxsin pensiyası yalnız indeksləşdirmə xərcləri hesabına 27-30 manat artacaq".

Hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində pensiyaların qrafikdə nəzərdə tutulduğu vaxtdan daha tez veriləcək.