AZAL prezidentinin bəyəndiyi jet - "Rahat yataq var, TV-də bir az böyüksək..." VİDEO

13 Noyabr, 2017 12:27 | İqtisadiyyat | Baxış sayı: 233
"Sukhoi Superjet 100"
"Sukhoi Superjet 100"

Cahangir Əsgərov Dubayda biznes-jetə baxdı

"Burada duş yoxdur. Və mən təklif edirəm ki, duş ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yenilikdir". İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərov Rusiya istehsalı olan təyyarəyə baxarkən deyib.

Rusiya mətbuatının məlumatına görə, biznes-jetə maraq sərgidə çox böyük olub. bƏziləri alış üçün, bəziləri isə sadəcə milyonçuların hansı təyyarələrdə necə şəraitlə uçduğuna şahid olmaq üçün Rusiya istehsalı olan  "Sukhoi Superjet 100"ün yeni biznes versiyasına baxıb.

Təyyarə C.Əsgərovun da diqqətini cəlb edib. "Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”.

Xatırladaq ki, 15-ci dəfə keçirilən sərgidə 1200 eksponant var ki, onlardan çoxu yenidir. Sərgini 70 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.