Bakıdan Gəncəyə qatarla 4 saata getmək mümkün olacaq

13 Oktyabr, 2017 14:44 | İqtisadiyyat | Baxış sayı: 210
Sürət qatarı
Sürət qatarı

Bu istiqamətdə gediş haqqının təqribən 20 manat olması nəzərdə tutulub

Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.

İstiPress xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq",- deyə C.Qurbanov əlavə edib.