Gələn il iqtisadi artım necə olacaq?

13 Sentyabr, 2019 17:20 | İqtisadiyyat | Baxış sayı: 45
Azərbaycan manatı
Azərbaycan manatı

Maliyyə Nazirliyi infilyasiyanı da açıqladı

2019-cu ildə Azərbaycanda inflyasiyanın 3,7% təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilir.

Hökumətin 2020-ci ildə qiymət artımı ilə bağlı proqnozu isə 4,6%-dir. Bu göstəricinin 2021-ci ildə 4,5%, 2022-ci ildə 4,1%, 2023-ci ildə isə 3,9% olacağı gözlənilir.

2020-ci ildə Azərbaycanda 82,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 2,4% çoxdur.

O cümlədən gələn il qeyri-neft sektoru üzrə ÜDM istehsalının dəyəri 54,2 milyard manat nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 3,3% çoxdur.

2020-ci ildə ÜDM-in 4,8 milyard manatlıq hissəsi, yaxud 5,8%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 milyard manatlıq hissəsi, yaxud 38%-i sənayenin, 6,5 milyard manatlıq hissəsi, yaxud 7,8%-i tikintinin, 32,7 milyard manatlıq hissəsi, yaxud 39,5%-i xidmətlərin, 7,3 milyard manatlıq hissəsi, yaxud 8,8%-i isə məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda 0,9% artım gözlənilir.