Neft bazarında vəziyyət kritikdir - qiymət qalxacaq

13 Sentyabr, 2018 16:51 | İqtisadiyyat | Baxış sayı: 138
Neft terminalı
Neft terminalı

Beynəlxalq Energetika Agentliyi neftin bahalaşması barədə danışıb

"Dünya bazarında neftin 1 barelinin qiymətinin 80 ABŞ dollarını keçməsi İran və Venesualanın neft bazarını tərk etməsi ilə bağlıdır.

İstiPress-in məlumatına görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) sentyabr ayı üzrə hesabatında bildirilir.

"Neft bazarında vəziyyət kritikdir, İran və Venesueladan hesabına əldə edilən nefti digər ixracatçıların hesabına təmin etmək çətin olacaq. Venesuelada gündəlik neft hasilatının həcmi ilin sonuna qədər 1,24 mln. bareldən 1 mln. barelə düşə bilər. Bundan başqa, qarşıdakı 54 gün ərzində İrandan neft alan ölkələr sanksiyaların təhdidi altında idxala davam edib-etməyəcəklərinə qərar verməlidirlər. Liviyadakı münaqişələr də yenidən başlaya bilər", - deyə o, qeyd edib.