Azərbaycanı sevindirən xəbər - 75 gündən sonra ilk

13 Sentyabr, 2018 10:30 | İqtisadiyyat | Baxış sayı: 168
Neft
Neft

Neftimizin qiyməti 81 dolları keçdi

Bir neçə günlük artımdan sonra dünya birjalarında neftin qiymətində cüzi azalma qeydə alınıb. "Brent" markalı neftin dəyəri 0,55% azalaraq 79,3 dollara kimi enib. Ötən gün bu rəqəm 89 dollardan yuxarı idi.

WTI-nin dəyərində də azalma qeydə alınıb - 0,72%. İndi bu markadan olan neft 69,86 dollara təklif olunur. 

Azərbaycan neftinin qiyməti isə bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar bahalaşaraq 81,50 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə iyunun 30-da 80,53 dollar olub.