Prezident İlham Əliyev Cocuq Mərcanlıya 1,5 milyon manat ayırdı

13 Sentyabr, 2017 18:02 | İqtisadiyyat | Baxış sayı: 90
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev

Cocuq Mərcanlının əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 1,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.