Bu da hamının gözlədiyi yeni "iPhone"lar FOTOLAR

13 Sentyabr, 2017 09:23 | İqtisadiyyat | Baxış sayı: 222
"iPhone X"
"iPhone X"

Yeni modeldə "Touch ID"ni "Face ID" əvəz edib

"Apple" çoxdan gözlənilən yeni məhsullarını təqdim etdi. İstiPress-in məlumatına görə, söhbət "iPhone"nin yeni modellərindən gedir. 

Yenilik "iPhone X" smartfonu, "ağıllı"saat "Apple Watch"  yenilənmiş versiyası, və "iPhone 8" və "iPhone 8 Plus"dur. Yeniliklərdən daha biri isə "Apple TV 4K", naqilsiz elektrik cihazı "AirPower"dir. Bununla da şirkət ilk smartfonunun istehsalının 10 illiyini qeyd edir.

Günün "qəhrəmanı" isə şübhəsiz ki, "iPhone X" olub. Yubiley münasibəti ilə hazırlanan modelinin ən diqqətçəkən özəlliyi əsas ekranında heç bir düymənin olmamasıdır. Əsas ekrana qayıtmaq üçün ekrana toxunmaq kifayətdir. Smartfonun 5.8 düymlük nəhəng ekranı var. OLED texnologiyasından istifadə edilərəh hazırlanan ilk "iPhone" həm "Dolby Vision",  həm də HDR dəstəyinə sahibdir.  "Touch ID"nin yerini isə "Face ID" alıb. 
Smartfonda cüt kamera istifadə eidlib. Kameralar şaquli formada yerləşdiriliblər. 

İlkin qiymət 999 dollar müəyyən eidlib.Satış isə noyabrın 3-dən başlayacaq. 

"iPhone 8"isə görüntüsü ilə özündən əvvvəlki modeldən elə də fərqlənmir. Smartfonlar 12 meqapiksellik kamera ilə təhciz ediliblər. Yeni modeldə həm ön, həm də arxada xüsusi davamlı şüşə örtük var ki, bu da onu sələfindən 50 faiz daha dözümlü edir. Sifarişlr sentyabrın 15-dən sonra qəbul ediləcək. Ən bahalı "iPhone 8 Plus" 799 dollardır. 

İphone 8
İphone 8
"iPhone X"
"iPhone X"

"Apple Watch Series 3"ün yeni nəslinə də bir çox funksiyalar əlavə edilib. Ən əsasə odur ki, naqilsiz qoşulma saatlara "iPhone"dan asıəlı olmadan işləməyə kömək edir. Daha öncə "Apple Watch"la telefon danışıqları aparmaq, SMS göndərmək və ya musiqiyə qulaq asmaq üçün smartfonu mütləq yanınızda saxlamalı idiniz. 

"Apple Watch" sa bazara bu ayın sonunda çıxacaq. Üç rəngli saatın qiyməti 149-199 dollar arasında dəyişəcək.