Azərbaycana 2 sentner heroinin keçirilməsinin qarşısı alınıb

13 Avqust, 2020 10:57 | İqtisadiyyat | Baxış sayı: 26
Dövlət Gömrük Komitəsinin əməkdaşları iş zamanı
Dövlət Gömrük Komitəsinin əməkdaşları iş zamanı

Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada istifadə etməklə daşınması, bu kimi transmilli cinayətlərin törədilməsində iştirak edən şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilməsi, onların müxtəlif ölkələrdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstələrin digər üzvləri ilə əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılan intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

İstiPress-ə bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən cinayətkarlıqla mübarizə məqsədi ilə bu kimi transmilli cinayətlər və onların istintaqı zamanı aşkar edilən əhəmiyyətli hallar barədə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması təmin edilir.

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Polşa Respublikasında yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

DGK-da yoxlanan yük
DGK-da yoxlanan yük