“Fitch” S-400-lərə görə Türkiyənin reytinqini aşağı saldı

13 İyul, 2019 12:59 | İqtisadiyyat | Baxış sayı: 175
S-400 raketi
S-400 raketi

Xəbərdarlıq edilir ki, Türkiyə sanksiyalara məruz qala bilər

Beynəlxalq reytinq agentliyi “Fitch” Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) “BB”-dən “BB-” səviyyəsinə endirib. Reytinq üzrə proqnoz isə mənfidir.

İstiPress-in məlumatına görə, bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.

“Fitch” mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmasını, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməsini, eləcə də Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasını misal gətirirlər.

Agentlik xəbərdarlıq edir ki, S-400-ü əldə etməsi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.

Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari il noyabrın 1-ə planlaşdırılırdı.

“Lakin “Fitch” düşünür ki, ölkədə baş verən hadisələr qrafikdən yayınmağı tələb edir”, - deyə məlumatda bildirilir.