Prezident onları təltif etdi - SİYAHI

13 İyun, 2019 19:16 | İqtisadiyyat | Baxış sayı: 106
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamla ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Dadaşova Xəyalə Xalıqverdi qızı

Əbdüləliyev Qalib Hümmət oğlu

Əbdüləzimov Asif Hilal oğlu

Kərimov Zaur Rəvvaq oğlu

Piriyev Mansur Şahmar oğlu

Şərifov Əziz Əşrəf oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mərdiyev Fuad Məharət oğlu

Salamov Emin Müzəffər oğlu.