Bakı - Naxçıvan qatarı bərpa olunacaq

13 İyun, 2018 19:59 | İqtisadiyyat | Baxış sayı: 378
BTQ-nin ilk qatarı
BTQ-nin ilk qatarı

Üç ölkənin birgə layihəsi

Qars-İğdır-Naxçıvan dəmir yolu İran və Azərbaycanla birgə tikiləcək.

İstiPress-in məlumatına görə, bunu Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, bu layihə prioritet nəqliyyat layihələrindən biridir:

“Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması nəticəsində Türkiyə yükləri İran və Pakistan, eləcə də Əfqanıstandan keçməklə nəql edə biləcək”.

Qars-İğdır-Naxçıvan dəmir yolu Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu ilə birləşərək Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini təmin edəcək.