“Şahdəniz”dən qazla bağlı xoş xəbər

13 May, 2019 16:53 | İqtisadiyyat | Baxış sayı: 68
“Şahdəniz” yatağı (Arxiv)
“Şahdəniz” yatağı (Arxiv)

Yataqdan qaz hasilatı 59% artıb

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından - “Alfa” və “Bravo” platformalarından birlikdə 4,3mlrd. kubmetr qaz və təqribən 1 mln. ton (7,5mln. barel) kondensat hasil edilib. Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

Bu ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən qazın həcmi ötən ilin müvafiq dövründən 59%, kondensatın həcmi isə 66% çoxdur.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə təqribən 20mlrd.) kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.