5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq ediləcək
Çin ABŞ-la aralarında başlayan ticarət savaşında cavab addımları atmağa başlayıb. Amerika lideri Donald Tramp ABŞ ilə ticarət razılaşması imzalamaması halında Çinin ciddi xərər çəkəcəyini deyib. Trampın bu açıqlamasından sonra qarşı tərəf hərəkətə keçib.
İstiPress-in TASS-a istinadla verdiyi məlumaya görə, ölkənin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan 5 mindən çox məhsula 5-25%-lik gömrük rüsumu tətbiq edib.
Bu, Çinin ABŞ prezidenti Donald Trampın 300 mlrd. dollarlıq Çin malına gömrük rüsumunun artırılması barədə qərarına cavab olub. Artım 10%-dən 25%-ə kimi olub.
Xatırladaq ki, Çin cavab tədbirləri görmək iyyətində olduğunu bir neçə gün öncədən açıqlamışdı. Kommersiya Nazirliyi Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrində tərəflərin yaranmış problemi həll edə biləcəklərinə ümid etdiyini də qeyd etmişdi.