ABŞ-dan Çinə təhdid kimi xəbərdarlıq

13 May, 2019 17:35 | İqtisadiyyat | Baxış sayı: 103
Donald Tramp
Donald Tramp

"Əgər Çin saziş bağlamasa..."

Əgər Pekin Vaşinqtonla ticarət sazişi bağlamasa, əksər Amerika şirkətləri Çindən çıxacaq. Bunu Çini hədəf alan ABŞ prezidenti Donald Tramp bəyan edib. Amerika lideri "Twitter" səhifəsində çinli həmkarı Si Tszinpinə müraciət edib. 

"Mən açıq şəkildə Çin rəhbəri Si Tsizinpin və oradakı çoxsaylı dostlarıma səslənərək deyirəm. Əgər Çin saziş bağlamasa, bundan əziyyət çəkəcək. Belə ki, şirkətlərimiz Çini tərk edərək başqa ölkələrə getməyə məcbur qalacaq".