Prezident Astara ilə bağlı sərəncam verdi

13 Aprel, 2019 08:38 | İqtisadiyyat | Baxış sayı: 52
Elektrik şəbəkəsi
Elektrik şəbəkəsi

Ucqar kəndlərə elektrik veriləcək

Prezident İlham Əliyev Astara rayonunun üç kəndinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb. 

Sərəncamla Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.