Neft sevincimizi yarım qoydu

13 Aprel, 2018 11:30 | İqtisadiyyat | Baxış sayı: 176
Neft
Neft

Qiymət düşməyə başladı

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar ucuzlaşaraq 73,37 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 71,86 dollara enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 66,92 dollar təşkil edib.

Xatırladaq ki, Suriyada vəziyyətin gərginləşməsi fonunda "qara qızıl"ın qiymətində də bir neçə gün artım müşahidə edilib. Neft öz rekordunu yeniləyərək 72 dollara kimi bahalaşmışdı.