"Brent" bahalaşdı, Azərbaycan nefti isə...

13 Mart, 2020 12:55 | İqtisadiyyat | Baxış sayı: 186
Neft
Neft

Bahalaşma 0,41 dollar civarındadır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 33,63 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar bahalaşaraq 31,78 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,69 dollar geriləyərək 32,35 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.