Neftin qiymətindən son xəbər

13 Fevral, 2020 11:38 | İqtisadiyyat | Baxış sayı: 58
Neft
Neft

Qiymət təzadlı dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 55,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 51,25 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,91 dollar artaraq 60,53 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.