Azərbaycana gətirilmiş 230 milyard dollar

13 Fevral, 2018 19:23 | İqtisadiyyat | Baxış sayı: 586
Milyard dollar - ARXİV
Milyard dollar - ARXİV

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə cəlb olunub. 

İstiPress-in məlumatına məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı qeyd etdi ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.

“Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq.