Neft yenidən üz güldürməyə başladı

12 Dekabr, 2019 11:06 | İqtisadiyyat | Baxış sayı: 53
Neft buruğu
Neft buruğu

"Qara qızıl"ın qiyməti 68 dolları ötüb

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar artaraq 64,01 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 58,88 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar geriləyərək 68,75 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.