Bakıdan Məşhəddə təyyarə uçacaq

12 Dekabr, 2019 12:35 | İqtisadiyyat | Baxış sayı: 52
Təyyarə
Təyyarə

Aviareys həftədə iki dəfə olmaqla həyata keçiriləcək

16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq.

İranın Azərbaycandakı səfirliyi bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

Bildirilir ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.

Səfirlik bildirir ki, bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.