ABŞ-ı aldadan "Huawei"in sahibinin qızı azad edildi

12 Dekabr, 2018 11:11 | İqtisadiyyat | Baxış sayı: 43
Mıng Vancjou
Mıng Vancjou

Bunun üçün o 10 milyon dollar girov ödəyəcək

ABŞ-ın İrana qarşı tədbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilərək Kanada da tutulan Çinin texnologiya şirkəti "Huawei"in sahibinin qızı, maliyyə işləri üzrə direktor Mıng Vancjou sərbəst buraxılıb. Onun azad edilməsi üçün 10 milyon Kanada dolları girov ödənilib. 

Qərara əsasən, Men 7 milyon dolları nağd, 3 milyonu isə daşınmaz əmlakla ödəməlidir.

Bundan başqa, onun ayağına GPS bilərziyi taxılacaq və daim nəzarətdə saxlanılacaq, bir müddət Vankuverdən kənara çıxmasına da qadağa qoyulub.  Mıng 7/24 izlənməsinə, lazım olarsa özünün saxlanmasına icazə verəcək.

"Huawei"in sahibinin qızı dekabrın 1-də ABŞ-ın tələbi ilə Kanadada təyyarə dəyişdirərkən tutulmuşdu. Onun gələcək taleyi isə ABŞ-ın ekstradisya istəyib-istəməməsindən sonra bəlli olacaq. Əgər o Amerikaya verilərsə bu ölkədə 30 ilə kimi azadlıqdan məhrumetmə cəzası ala bilər. 

Mütəxəssislər isə Mıngin azad edilməsinin gərginləşən Çin-ABŞ münasibətlərini nisbətən yumşaldacağına ümid edirlər.

Çinin Şenzen şəhərində 1987-ci ildə qurulan və bu gün dünyanaın ən böyük telekommunikasiya şirkətlərindən olan "Huawei"in 170 ölkədə 180 mindən çox işçisi var.