Neftdən sevindirən xəbər

12 Sentyabr, 2018 12:43 | İqtisadiyyat | Baxış sayı: 67
Neft hasilatı
Neft hasilatı

"Qara qızıl"ın qiyməti 80 dolları keçdi

Azərbaycan səhəri xoş xəbərlə açıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar bahalaşaraq 80,29 dollar təşkil edib.

Dünya birjalarında neftin qiymətinin artımı bu gün də davam edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 79,36 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin də qiymətində artım qeydə alınıb. Bu markadan olan "qara qızıl" bir barrelinin qiyməti isə 0,62 dollar artıb. İndi neft 69,87 dollara təklif olunur.