Mərkəzi Bankın sədri dəyişdi

12 Sentyabr, 2017 13:50 | İqtisadiyyat | Baxış sayı: 558

Bununla bağlı fərman imzalanıb

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib. İstiPress naxcivantv.az saytına istinadən xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.