Cocuq Mərcanlının məhsulları dünyaya ixrac olunacaq

12 Sentyabr, 2017 11:27 | İqtisadiyyat | Baxış sayı: 102
Cocuq Mərcanlı
Cocuq Mərcanlı

Türk iş adamları kəndə gediblər

"Cocuq Mərcanlıda istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununlada həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı siyasi əhəmiyyəti də rol oynayacaq". Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşən Azerbaycan Türkiyə Sənayeci və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Genç deyib.

Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyiblər. 

Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.

O, deyib ki, məqsədləri uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. "Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır".