Türkiyənin azərbaycanlılar yaşayan bölgəsində zəlzələ

12 Avqust, 2020 10:37 | İqtisadiyyat | Baxış sayı: 46
İqdır sakinləri gecəni yatmayıblar
İqdır sakinləri gecəni yatmayıblar

Türkiyənin azərbaycanlıları çoxluq təşkil etdiyi İğdır şəhərində bu gecə yerli vaxtla saat 02.29-da 4,4 bal gücündə zəlzələ olub.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 6,47 kilometr dərinliyində meydana gəlib.

Şəhər sakinləri mənzillərdən küçələrə enərək sabaha qədər yuxusuz qalıblar.