ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşmaqda davam edir.
İstiPress-in məlumatına görə, saat 09:10-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin bir barelinin qiyməti 0,36% artaraq 44,66 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 0,24% artaraq 41,61 ABŞ dolları olub.