Müxalifətçi telekanal satışa çıxarılıb

12 Avqust, 2019 14:43 | İqtisadiyyat | Baxış sayı: 119
"Rustavi 2" kanalı
"Rustavi 2" kanalı

1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazırdırlar

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

İstiPress-in məlumatına görə, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb.