Prezident nazirliyə ciddi tapşırıq verdi

12 Avqust, 2017 16:20 | İqtisadiyyat | Baxış sayı: 931
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev

"Maliyyələşmə təmin edilsin"

Azərbaycan prezidenti İlham Əliyev R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.