Azərbaycanın sərhəd problemi aradan qalxdı

12 Avqust, 2017 13:39 | İqtisadiyyat | Baxış sayı: 171
Sınıq körpü
Sınıq körpü

Sıxlıq tam aradan qaldırılıb

Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “İstiPress”ə verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin aidiyyatı qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.

Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.