Ermənistanın başı yeni dərddə

12 İyun, 2018 20:55 | İqtisadiyyat | Baxış sayı: 656
Amulsar qızıl yatağı
Amulsar qızıl yatağı

İrəvan böyük itkilər verə bilər

Ermənistanda fəaliyyət göstərən “Lydian Armenia” şirkətinin bu ölkəni məhkəməyə verərək 2 milyard dollar tələb edəcəyi barədə məlumat yayılıb.

İstiPress-in məlumatına görə, bu barədə yayılan xəbərlərdə şirkətin əsas səbəb kimi Ermənistanda fəaliyyətinə lazımi şərait yaradılmadığı və onun fəaliyyətində gözlədiyi rentabelliyi çatmaması göstərilib.

Bu barədə məqalə dərc edən edən  "Jamanak"  qəzeti bildirib ki, şirkət London Arbitraj məhkəməsinə mürajiət edərək Ermənistandan 2 milyrad dollar vəsait tələb edəjək.  Bu, Ermənistan üçün yetərincə yüksək məbləğdir və dövlət büdcəsinin 70 faizinə bərabərdir.

“Lydian International” şirkətinin Ermənistan bölməsi olan “Lydian Armenia” artıq iki ildir ki, Cermuk yaxınlığındakı Amulsar qızıl yatağını işlədir. Bu vaxtilə kurort zonası sayılan Cermuk sakinlərini çox narahat edir. Sakinlər şikayət edir ki, qızıl yatağı işə başlayandan yağış vaxtı suları bulanaraq tünd qəhvəyi rəng alır, quraq zamanlarda isə tozdan nəfəs almaq olmur. Buna görə sakinlər mütəmadi şirkətin avtomobillərinin qarşısını kəsərək işləmələrinə ijazə vermirlər.