Müharibə xəbəri Azərbaycana da təsir etdi

12 Aprel, 2018 10:30 | İqtisadiyyat | Baxış sayı: 758
Neftin qiyməti
Neftin qiyməti

Neftimizin qiyməti 75 dollara açatır

Suriyada vəziyyətin gərginləşməsi, bir-birinin ardınca edilən müharibə bəyanatları neftin də qiymətinə təsirsiz ötüşməyib. İstiPress-in məlumatına görə, "qara qızıl" yenidən bahalaşaraq öz rekordunu yeniləyib.

Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollar təşkil edib.

London birjasında Brent maraklı neftin qiymətində $0,09 artım qeydə alınıb. İndi bu markadan olan neft 72,15 dollara satılır. 

WTI də qiymətini artırıb. Nyu York birjasında bu səhərə olan məlumata görə, artım 0,22 dollardır. Bir barelin qiyməti isə 67,04 dollara çatıb.