Neft yenə məyus edir

12 Mart, 2020 10:45 | İqtisadiyyat | Baxış sayı: 122
Neft
Neft

Qiymətlər 34 dollara kimi düşdü

Bir günlük artımdan sonra dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar geriləyərək 34,37 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,28 dollar ucuzlaşaraq 31,70 dollar təşkil edib.

Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar geriləyərək 36,04 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.