İqtisadiyyat Nazirinin müavini vəzifəsindən azad edilib

12 Mart, 2020 15:58 | İqtisadiyyat | Baxış sayı: 118
Şirzad Abdullayev
Şirzad Abdullayev

Prezident İlham Əliyev sərəncam imzalayıb

İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. 

İstiPress-in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.