"Buta" əl baqajı qaydasını dəyişdi

12 Mart, 2020 10:46 | İqtisadiyyat | Baxış sayı: 90
"Buta"
"Buta"

İndi sərnişinlər bel çantası da götürə biləcəklər

Sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə Azərbaycanın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti 12 mart tarixindən etibarən aviaşirkətin reysləri ilə əl yükünün daşınması qaydalarında dəyişiklik edib. Bu barədə şirkətdən məlumat verilib. 

Aviadaşımalara dair yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb. 

"Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb".

Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.