Müharibənin vurduğu ziyan - 900 milyard dollar

12 Mart, 2019 10:25 | İqtisadiyyat | Baxış sayı: 88
Savaş
Savaş

Gəlir bölgüsünə görə dünyanın ən pisləri

Ərəb ölkələrininin savaşlardan itkisi yüz milyard dollarla ölçülür. Dünya Bankının sədrinin birinci köməkçisi Mahmud Muhyiddin bu barədə məlumat verib. 

Küveytin rəsmi xəbər agentliyinin (KUNA) məlumatına görə, Muhyiddin ərəb ölkələrini zərərinin 2010-2018-ci illərdə baş verən savaşlardan sonrakı dağıntılar, əldən buraxılan inkişaf fürsətləri səbəbindən 900 milyard dollar olduğunu qeyd edib. 
Suriya, Liviya, Yəməndəki silahlı insidentlər bu ölkələrin iqtisadiyyatlarını darmadağın edib.

Onun sözlərinə görə, ərəb ölkələri gəlir bölüşdürülməsində dünyanın ən pisləri sırasındadırlar. Belə ki, ərəb ölkələrindəki 10 faizlik əhali milli gəlirin 60 faizinə nəzarət edir. Avropada isə bu 45 faizdir.

O, Dünya Bankının 2019-2020-ci illər üçün neft proqnozlarına da toxunub. Köməkçi qeyd edib ki, yaxın bir ildə qiymətlərin 69-74 dollar arasında dəyişəcəyini gözləyirlər.