Prezident bu sahədə işləyənlərin də maaşını artırdı

12 Mart, 2018 11:16 | İqtisadiyyat | Baxış sayı: 303
Azərbaycan manatı
Azərbaycan manatı

Artımla bağlı sərəncam imzalanıb

Prezident bayramqabağı daha bir qrup işçini sevindirib. İlham Əliyev maaş artımı haqqında sərəncam imzalayıb. Sərəncama görə, aşağıda qeyd edilən şəxslərin vəzifə maaşı 10 faiz artırılıb. Artım mart ayının 1-dən hesablanacaq:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin;

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin;

Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin;

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin;