İranın Azərbaycanla sərhəd vilayətində güclü zəlzələ oldu

12 Fevral, 2020 16:43 | İqtisadiyyat | Baxış sayı: 121
Zəlzələ
Zəlzələ

Vilayətdə güclü qar üzündən kəndlərlə əlaqə kəsilib, elektrik verilişi dayandırılıb.

İranın şimalında Azərbaycanla sərhəddə yerləşən Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, məlumatı Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi yayıb.

Zəlzələ yerli vaxtla saat 14:23 dəqiqədə 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Əlavə edək ki, İranın şimalında Gilan vilayətində güclü qar və qar uçqunu nəticəsində bir çox kəndlərlə əlaqə kəsilib, elektrik verilişi dayandırılıb. İndiyədək qar nəticəsində 8 nəfər həlak olub, 147 nəfər yaralanıb.