Ermənistanda qorxulu proqnoz

12 Fevral, 2018 14:17 | İqtisadiyyat | Baxış sayı: 154
Yoxsulluq
Yoxsulluq

"Yoxsulluq səviyyəsi 40 faizə çata bilər"

"Azərbaycan münasibətlərin gərgin olduğu bir zamanda Ermənistana vəziyyəti daha da pisləşdirə biləcək mitinq, aksiyaların başlaması qəti lazım deyil". İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu İşverənlər Şurasının sədri Qaqik Makaryan deyib. O, bahalaşma dalğasının mümkün nəticələrindən danışıb. 

Onun sözlərinə görə, ölkədəki yoxsulluğa dövlət tərəfindən biganə münasibət göstərilir. "Yoxsulluq əgər 30 faizdirsə, onun 40 faizə çata biləcəyi riksi də var.

Çünki qiymət artımı bütün məhsullara aiddi. Yəni bahalaşma bütün sosial təbəqədən olanlara təsir edəcək, xüsusilə orta səviyyədən aşağı yaşayanlara ciddi zərbı vuracaq", 

Xatırladaq ki, yanvar ayından Ermənistanın vergi məcəlləsinə edilən dəyişikliyə görə, bəzi məhsulların aksiz dərəcəsi qaldırılıb. Nəticədə yanacaq da daxil olmaqla ölkədə əsas ərzaq məhsullaının hamısı bahalaşıb.